Vakansiyalar
N-link şirkəti aşağıdakı vakant (tutulmamış) vəzifələrə müsabiqə yolu ilə qəbul elan edir:
Korporativ müştərilərlə işləmək üçün İT avadanlığının satışı üzrə menecer
Namizədə olan tələblər:
İt bazarı haqqında məlumatın olması. İT sahəsində istifadəçi daha yüksək bilik (təhsil) səviyyəsinin olması həmmərz sahələrdə korporativ müştərilərlə iş təcrübəsi iki və ya daha artıq ilin olması. Göstərilən sahədə əsas təchiz edənlər haqqında məlumatın olması. 1C 8.0/8.2 müəssisə mühasibatı proqram təminatı ilə istifadəçi səviyyəsində iş vərdişlərinə malik olması. Komandada işləmək, götürülmüş işə görə məsuliyyət daşımaq iş vaxtından artıq rejimdə və ümumiyyətlə pressinq altında işləmək bacarığı. Müştərilərlə işləmək səriştəsi: dəqiqlik, təşrifat və siyasətçilik (ustalıq). Təşəbbüslü, ünsiyyətli, intizamlı, səliqəli. Özünü təkmilləşdirməyə (ixtisaslaşdırma üzrə müxtəlif kurslar keçməyə) hazır. Həm müştərilərlə ünsiyyətdə, həm də rəhbərliklə və həmkarlarla işdə tabeliliyi müntəzəm saxlayan. Azərbaycan və rus dillərini bilməsi mütləqdir, ingilis və digər xarici dilləri bilməsi salamlanır. Müxtəlif şirkətlərdə əlaqələri olan namizədlər ilk növbədə müsahibə ediləcəklər. CCNA şəhadətnaməsinin mövcudluğu da müşahidə zamanı namizədin xeyrinə dəlil əlavə edir. Müsahibəni və sonrakı sınama müddətini (bir ay ərzində) müvəffəqiyyətlə keçmiş namizəd təsbit edilmiş əmək haqqından əlavə ödənilmiş həyata keçirilmiş satışdan müəyyən %-lər alacaq, həmçinin ictimai paket kimi tibbi sığortalanma ilə də təmin olunacaq.
İşin təsviri:
Şirkətin müştəri bazasının genişlənməsi. Müştəridən daxil olan tələblərin tez emal edilməsi və ticarət təklifinin verilməsi. Tenderdə iştirak etməklə bağlı daxil olan dəvətlərin təhlil edilməsi, müvafiq sənədlərin hazırlanması və onların tender komissiyasına göndərilməsi. Alqı-satqısı qabaqcadan müştəri ilə razılaşdırılmış malların sifarişi. Müştərilərin zəmanət və zəmanətdən sonrakı müddətdə meydana çıxan mümkün olan narazılığının aradan qaldırılması. Əməkdaşın özünün apardığı satış nəticəsində əmələ gələn debitor borclarının yığılmasına nəzarət.
1C və 1C Bitriks üzrə layihələrin rəhbəri
Namizədə olan tələblər:
İT sahəsində istifadəçidən daha yüksək səviyyədə biliyin (təhsilin) olması. 1C və veb-proqramlaşdırması bazarı haqqında məlumatın olması. 1C mütəxəssis və 1C peşəkar şəhadətnamələrinə malik olma mütləqdir, 1C Bitrix şəhadətnamələrinin mövcudluğu salamlanır. Mühasibat hesabının, vergi kodeksinin, əmək kodeksinin və adı çəkilən sahələrlə həmmərz sahənin Azərbaycan Respublikasının qanunlarını və qanunvericiliyini bilməsi mütləqdir. 1C proqramçısı üçün məsələnin ekspert-tərtibatçısı kimi və 1C proqram tərtibatının yerləşdirilməsi və uyğunlaşdırılması üzrə layihələrin rəhbəri kimi iş təcrübəsinin iki və daha artıq il olması və ya son iki il ərzində onun rəhbərliyi altında həyata keçirilmiş ən azı dörd layihənin keçmişində mövcudluğu (hansı şirkətdə və hansı layihələrə rəhbərlik etdiyinizi göstərin). Mühasib iş stajı olan namizədlər birinci növbədə müzakirə ediləcəklər. Komandada işləmək, komandanı idarə etmək, məsuliyyət daşımaq, müstəqil surətdə qərarlar qəbul etmək, iş vaxtından artıq rejimdə və ümumiyyətlə pressinq altında işləmək bacarığı, təşkilat və siyasətçilik (ustalıq). Təşəbbüslü, ünsiyyətli, intizamlı, səliqəli. Özünü təkmilləşdirməyə (ixtisası artırma üzrə müxtəlif kurslar keçməyə) hazır. Həm müştərilərlə ünsiyyətdə, həm də rəhbərliklə və əməkdaşları ilə işdə tabeliliyi müntəzəm saxlayan, Azərbaycan və rus dillərini bilməsi mütləqdir, ingilis və digər xarici dillərini bilməsi salamlanır. Müxtəlif şirkətlərdə əlaqələri olan namizədlər ilk növbədə müsahibə ediləcəklər. Müsahibəni və sonrakı sınama müddətini (bir ay ərzində) müvəffəqiyyətlə keçmiş namizəd təsbit edilmiş əmək haqqından əlavə ödənilmiş həyata keçirilmiş layihələrdən müəyyən %-lər alacaq, həmçinin ictimai paket kimi tibbi sığortalama ilə təmin olunacaq.
İşin təsviri:
1C və veb proqramlaşdırma . Şöbəsinin inkişafı. Şirkətin fəaliyyət göstərən sisteminin mükəmməl səviyyədə dəstəklənməsinin təchiz edilməsi və onun ən əlverişli edilməsinin və təkmilləşdirilməsinin təşkili. Şirkətin fəaliyyət göstərən saytlarının dəstəklənməsinin təchiz edilməsi və onların ən əlverişli edilməsinin və təkmilləşdirilməsinin təchiz edilməsi. Rəhbər kimi müştərilərin ehtiyaclarına müvafiq olaraq 1C proqram təminatının yerləşdirilməsi və uyğunlaşdırılması ilə bağlı tələblərinin və müştərilər tərəfindən olan veb mənbələrinin yaradılması ilə bağlı tələblərinin tez emal edilməsini, işlərin maliyyə və zaman smetasının əməli şəkildə tərtib edilməsini və müştərilərə verilən micarət qiymətlərinin formalaşdırılmasında şirkətin rəhbərliyi ilə birlikdə iştirakının təmin edilməsi. Şirkətin rəhbərliyi ilə razılaşdırılmış əsasda müştərilərlə danışıqlar aparılması, müqavilə bağlanması haqqında razılaşmanın əldə edilməsi. İşin qəti surətdə bağlanılan müqavilələrlə şərtləşdirilmiş qaydada həll olunması, qoyulmuş məsələlərin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aradakı mərhələlərdə nəzarət yoxlamalarının keçirilməsi, layihələrin başa çatdırılması, görülmüş işlərin qəbul və təhvil edilməsi və zəmanət müddəti ərzində məsləhət dəstəyi. 1C Bitrix platforması əsasında istər şirkətin özü üçün istərsə də müştərilər üçün veb saytlarının proqramlaşdırılma bazasının inkişaf edilməsi. İnternetdə 1C Bitrix platformasında B2B sub istiqamətinin inkişaf edilməsi. Müştərilərin zəmanət dövrü ərzində meydana çıxan mümkün olan narazılıqlarının aradan qaldırılması, müştərilərə məsləhət köməyinin göstərilməsi.
Web-Menecer - vakansiya bağlıdır
Namizədə olan tələblər:
İT sahəsində istifadəçi səviyyəsində bilik (təhsil) Web – dizayn bazarı haqqında məlumatın olması. Proqramlaşdırmanın aşağıdakı dillərini – PMP, HTML, DHTML- peşəkar səviyyəsində bilməsi mütləqdir. Yava və digər dilləri bilməsi salamlanır. Corel/Drow və Photoshop proqram təminatı ilə istifadəçidən daha yüksək səviyyədə, həmçinin 1C 8.0/8.2 müəssisə mühasibatı proqram təminatı ilə istifadəçi səviyyəsində işləmək səriştəsinə malik olma. Komandada işləmək, görülmüş işə görə məsuliyyət daşımaq, iş vaxtından artıq rejimdə və ümumiyyətlə pressinq altında işləmək bacarığı. Müştərilərlə işləmək səriştəsi: dəqiqlik, təşrifat və siyasətçilik (ustalıq). Həmmərz sahələrdə müştərilərlə iş təcrübəsi iki və daha artıq il olması. Təşəbbüslü, ünsiyyətli, intizamlı, səliqəli. Özünü təkmilləşdirməyə (ixtisası artırma üzrə müxtəlif kurslar keçməyə) hazır. Həm müştərilərlə ünsiyyətdə həm də rəhbərliklə və əməkdaşları ilə işdə tabeliliyi müntəzəm saxlayan. Azərbaycan və rus dillərini bilməsi mütləqdir, ingilis və digər xarici dilləri bilməsi salamlanır. Müxtəlif şirkətlərdə əlaqələri olan namizədlər ilk növbədə müsahibə ediləcəklər. 1C Bitrix şəhadətnaməsinin mövcudluğu da müsahibə zamanı namizədin xeyrinə dəlil əlavə edir. Müsahibəni və sonrakı sınama müddətini (bir ay ərzində) müvəffəqiyyətlə keçmiş namizəd təsbit edilmiş əmək haqqından əlavə ödənilmiş həyata keçirilmiş layihələrdən müəyyən %-lər alacaq, həmçinin ictimai paket kimi tibbi sığortalama ilə də təmin olunacaq.
İşin təsviri:
Şirkətin saytlarının kodlaşdırılması, onların konkret dəstəyi. Müştərilər tərəfindən veb-saytlarının yaradılmasına olan tələblərin tez emal edilməsi və hər hansı bir müəyyən layihə üzrə işlərin maliyyə və zaman smetasının tərtib edilməsində iştirakı, onun həm bilavasitə rəhbərə, həmdə şirkətin rəhbərliyinə verilməsi. Şirkət və müştəri arasında bağlanmış müqavilənin təsdiq edilmiş şərtləri ilə texniki məqsədə müvafiq olaraq müştərilərin veb-saytlarının ən yüksək səviyyədə kodlaşdırılması və onun konkret dəstəyi. Şirkət və müştəri arasında bağlanılan müqavilənin təsdiq edilmiş şərtləri ilə texniki məqsədə müvafiq olaraq saytın quruluşuna və kontentinə dəyişikliklərin tətbiq edilməsi. İşin qəti surətdə bağlanılan müqavilələrlə şərtləndirilmiş qaydada yerinə yetirilməsi, görülmüş işlərin qəbul edilməsində və təhvil verilməsində iştirak edilməsi və müştəriyə zəmanət müddəti ərzində məsləhət dəstəyin göstərilməsi. 1C Bitrix platforması əsasında həm şirkətin özü üçün həm də müştərilər üçün veb-saytlarının proqramlaşdırma bazasının inkişaf etdirilməsi. 1C Bitrix platformasında internetdə B2B sub-istiqamətinin inkişaf etdirilməsi. Müştərilərin zəmanət dövrü ərzində meydana çıxan mümkün olan narazılıqlarının aradan qaldırılması, məsləhət dəstəyinin göstərilməsi.
İT mühəndis - vakansiya bağlıdır
Namizədə olan tələblər:
İt sahəsində istifadəçidən daha yüksək səviyyədə bilik (təhsil) səviyyəsi. İT avadanlığı bazarı haqqında məlumatın olması, MS-windows-un bütün xəttinin (o cümlədən MS windows server 2000,2003), ActiveDirectory, DNS, DHCP mütləq bilməsi, kabel işlərində fəal və passiv şəbəkə avadanlığının quraşdırılmasında səriştəsi olmağı. Memarlığın və server avadanlığının əsas köhlənmələrinin biliyi. CCNA,Microsoft və HP şəhadətnamələrə malik olma salamlanır. 1C 8.0/8.2 müəssisə mühasibatı, proqram təminatı ilə istifadəçi səviyyəsində iş vərdişlərinə malik olma salamlanır. Komandada işləmək, komandanı idarə etmək, məsuliyyət daşımaq müstəqil qərarlar qəbul etmək, iş vaxtından artıq rejimdə və ümumiyyətlə pressinq altında işləmək bacarığı. Müştərilərlə işləmək səriştəsi: dəqiqlik, təşrifat və siyasətçilik (ustalıq). Həmmərz sahələrdə müştərilərlə iş təcrübəsi iki və daha artıq il olması. Təşəbbüslü, ünsiyyətli, intizamlı, səliqəli. Özünü təkmilləşdirməyə (ixtisası artırma üzrə müxtəlif kurslar keçməyə) hazır. Həm müştərilərlə ünsiyyətdə həm də rəhbərliklə və əməkdaşları ilə işdə tabeliliyi müntəzəm saxlayan. Azərbaycan və rus dillərini bilməsi mütləqdir, ingilis və digər xarici dilləri bilməsi salamlanır. Müxtəlif şirkətlərdə əlaqələri olan namizədlər ilk növbədə müsahibə ediləcəklər.
İşin təsviri:
Şirkətin server avadanlığının köklənməsi, onun gündəlik dəstəyi. Şirkətin şəbəkəsinin təşkil edilməsi, və onun ən münasib hala salınmasının və təkmilləşdirilməsinin təchiz edilməsi. Müştərilər tərəfindən olan server avadanlığının və daxili şəbəkəsinin konfiqurasiya edilməsinə olan tələblərinin tez emal edilməsi və hər hansı bir müəyyən layihə üzrə işlərin maliyyə və zaman smetasının təbiq edilməsində iştirakı və onun həm bilavasitə rəhbərə, həm də şirkətin rəhbərliyinə verilməsi. PK köklənməsi və təmiri, məlumatları ötürmə şəbəkələrinin (WI-Fİ, WAN, LAN, VPH INSec) tərtib edilməsi, şirkət və müştəri arasında bağlanılan müqavilənin təsdiq edilmiş şərtləri ilə qərara alınmış məqsədə müvafiq olaraq müştərilərin server xidməti. İşin qəti surətdə bağlanılan müqavilələrlə şərtləndirilmiş qaydada yerinə yetirilməsi, görülmüş işlərin qəbul edilməsində və təhvil verilməsində iştirak edilməsi və müştəriyə zəmanət müddəti ərzində məsləhət dəstəyi göstərilməsi. Müştərilərin zəmanət dövrü ərzində meydana çıxan mümkün olan narazılıqlarının aradan qaldırılması, məsləhət dəstəyinin göstərilməsi.
Şərtlər:
Cavan və heysiyyətli peşəkarların kollektivdə işləməsi. Sabit əmək haqqı. Müsahibəni və sonrakı sınama müddətini (bir ay ərzində) müvəffəqiyyətlə keçmiş namizəd təsbit edilmiş əmək haqından əlavə görülmüş və ödənilmiş işlərdən müəyyən %-lər alacaq, həmçinin ictimai paket tibbi sığorta ilə də təmin olunacaq. Peşə və mənsəb inkişafı perspektivləri.
Şirkət əməkdaşlarına təlim keçir və vəsiqə verir. İş qrafiki həftədə beş gündür, 09-00 dan 18-00-dək, şənbə və bazar iş günləri deyil, bütün dövlət bayramları istirahət günləridir.
Müsabiqə iştirakçılarından surətdə e-mail qeyd edərək, həmçinin məktubun mətləbində iddia etdiyiniz vəzifəni göstərərək, öz CV-nizi fotoşəkillə birlikdə e-mailinə göndərməyinizi xahiş edirik.
afen plaza