qiymət: 700 AZN
|
iPad 2 Apple MC916LL/A/WI-FI/64Gb/Black
HD video çəkilişləri və FaceTime zəngləri üçün 2 kamera. 2 nüvəli Apple A5 prosessor. 10 saat batareya müddəti. Bütün bunlarla yanaşı daha yüngül və incə korpus. iPad indi daha da mükəmməl və unkikaldır.
iPad 2-yə toxunanlar onu əllərindən yerə qoya bilməyəcəklər. iPad dizayn edilərkən də əsas məqsəd bu idi. Indi iPad 33% daha incə və 15% daha yüngül olduğu üçün onu əldə tutmaq daha rahatdır. Veb səhifələrə və filmlərə baxmaq, emailləri yoxlamaq, kitab oxumaq iPad 2 ilə o qədər maraqlıdır ki, siz onda tətbiq olunan bütün digər inanılmaz texnologiyalarını unudursunuz. iPad 2, ön və arxa olmaqla 2 kamera ilə təchiz olunub. Onlar FaceTime zənglər, HD video və foto çəkiliş üçün nəzərdə tutulub.
Multi-Touch texnologiyası. iPad 2-nin Multi-Touch ekranı iPhone-nun ekranın hazırlanma texnologiyası ilə hazırlanıb. Ancaq böyük ekran üçün texnologiya daha da mükəmməlləşdirilərək gözalıcı dəqiqlik və daha sürətli reaksiya əldə edilib.
Kəsintisiz internet. iPad Wi-Fi və 3G dünyanın bütün 3G opratorları vasitəsilə 7,2 Mbit/s sürətdə informasiya ötürmə gücünə malikdir. iPad-in avtomatik olaraq 3G şəbəkədən Wi-Fi bağlantıya keçmə funksiyası olduğu üçün internetdən həm sürətli həm də qənaətli istifadə edəcəksiniz.
10 saatadək batareya. Batareyanın işləmə müddətini artırmaq üçün mühəndislər Apple noutbuklarlarında istifadə olunan lithium batareya texnologiyasından istifadə etdilər. Nəticə - 10 saatadək internetdə Wi-Fi rejimi ilə iş.
İnternet üçün ideal vasitə. iPad-də Safari brauzeri ilə internet – veb səhifələrə tam ölçülü, vertikal və ya horizontal olmaqla parlaq rəngli və yüksək dəqiqliyə malik böyük Multi-Touch ekranda baxmaq deməkdir.
Kitab oxumaq üçün sensasion proqram. App Store-dan iBooks proqramını pulsuz yükləyin. Bu sadəcə kitab oxumaq üçün proqram deyil, eyni zamanda arzuladığınız kitabı axtarmaq və almaq üçün də ideal vasitədir. Siz sadəcə iBooks işarəsinə toxunursunuz və kitab rəfiniz qarşınızda açılır.
Smart Cover. iPad 2 və iPad Smart Cover bir birləri üçün yaradılıb. Xüsusi maqnitlər vasitəsilə onlar bir birlərinə bərk yapışırlar. iPad Smart Cover planşetin korpusuna uyğun hazırlanıb və onun ekranını qoruyur.
Texniki xüsusiyyətləri:
- Ölçü və çəki: Wi-Fi model: Hündürlük: 241,2 mm, En: 185,7 mm, Qalınlıq: 8,8 mm, Çəki: 601 q, Wifi+3G model: Wi-Fi model: Hündürlük: 241,2 mm, En: 185,7 mm, Qalınlıq: 8,8 mm, Çəki: 613 q
- Displey: Geniş formatlı 9,7 düym diaqonal Multi-Touch və IPS texnologiyasını dəstəkləyən displey, 1024 x 768 piksel ayırdetmə (132 piksel/düym) barmaq izlərinə qarşı qorumalı olefobik qaplama. Eyni anda bir neçə dil və simvolu nümayiş etdirmə xüsusiyyətinə malikdir.
- Həcmi: 16QB, 32QB və 64 QB modul fləş-yaddaş
- Prosessor: Xüsusi olaraq hazırlanmış, yüksək məhsuldar, enerji baxımından qənaətcil 1 QHz tezliyə malik Apple A5 prosessor.
- Əməliyyat sistemi: iOS 4
- Simsiz mobil rabitə: Wi-Fi modeli: Wi-Fi (802.11 a/b/g/n), Bluetooth 2.1 texnologiyası + EDR, Wi-Fi + 3G modeli: UMTS/HSDPA (850, 1900, 2100 МHz), GSM/EDGE (850, 900, 1800, 1900 МHz), Wi-Fi (802.11 a/b/g/n), Bluetooth 2.1 texnologiyası + EDR
- Sensorlar: Sürət sensoru, Xarici işıqlandırma sensoru
- Olduğun yerin təyin olunması funksiyası: Wi-Fi, Rəqəmli kompas, Assisted GPS texnologiyası (Wi-Fi +3G modelində), Mobil rabitə (Wi-Fi + 3G modelində)
- Audio: Tezlik gücü: 20Hz-dən 20,000Hz-dək, Dəstəklənən audio formatlar: AAC (16 - 320 Kbps), Protected AAC (iTunes faylları üçün), MP3 (16 - 320 Kbps), MP3 VBR, Audible (2, 3 və 4 formatlı), Apple Lossless, AIFF and WAV, Apple AV adapter istifadəsi zaman Dolby Digital 5.1 səs (əlavə satılır)
- Giriş və çıxış: Dok-stansiya üçün giriş, 3,5-mm stereo qulaqlıq üçün giriş, daxili dinamik və mikrofon, SIM-kart üçün yer (yalnız Wi-Fi + 3G modelində)
- TV və video: Dok konnektor vasitısilə VGA adapterə qoşulan 1024 x 768 piksel dəstəyi; H.264 video 720p-dək, saniyədə 30 kadr, Əsas Profil: AAC-LC audio 160 Kbps-dək, 48kHz, stereo audio .m4v, .mp4, və .mov fayl formatları; MPEG-4 video, 2.5 Mbps-dək, 640 x 480 piksel, saniyədə 30 kadr, Sadə profil: AAC-LC audio 160 Kbps-dək, 48kHz, stereo audio .m4v, .mp4, və .mov fayl formatları; Motion JPEG (M-JPEG) 35 Mbps-dək, 1280 x 720 piksel, saniyədə 30 kadr, audio ulaw, .avi fayl formatda PCM stereo audio
- Güc və battareya: Daxili 25 vatt/saat lithium-polimer batareya, Wi-Fi vasitəsilə internetdən istifadə müddəti – 10 saatadək, Audio dinləmə və ya video izləmə müddəti -10 saatadək, 9 saata qədər 3G vasitəsilə internetdən istifadə, USB kabel və ya adapter vasitəsilə şarj olunur.
- Sistem tələbləri: Mac: Mac kompüteri; USB 2.0 portlu Mac OS X v10.5.8 və ya daha yeni versiyalı əməliyyat sistemi ilə, iTunes 10,2 və ya daha yeni versiya. iTunes qeydiyyatı, internetə giriş, Windows: PC; USB 2.0 portlu, Windows 7, Vista, XP Home və ya Professional Service Pack 3 və ya daha yeni versiya ilə, iTunes 10,2 və ya daha yeni versiya, iTunes qeydiyyatı, internetə giriş.
- Poçt əlavələri dəstəyi: Dəstəklənən formatlar: .jpg, .tiff, .gif (şəkil); .doc və .docx (Microsoft Word); .htm və .html (veb səhifə); .key (Keynote); .numbers (Numbers); .pages (Pages); .pdf (Preview və Adobe Acrobat); .ppt və .pptx (Microsoft PowerPoint); .txt (текст); .rtf (.rtf formatlı tekst); .vcf (kontaktlar haqda informasiya); .xls və .xlsx (Microsoft Excel)
- Qutuda: iPad 2, dok-stansiyanı USB girişə daxil etmık üçün kabel, adapter və istifadəçi bələdçisi
|