Dilerlər

N-link şirkəti istər Bakıda, istərsə də bütün Azərbaycan Respublikası ərazisində diler şəbəkələrinin yaradılmasına böyük diqqət yetirir. Bazarda LG, APC, HP,Toshiba, Dr.WEB. KABA,Canon, Cisco, Aser, Defender, Linksys, Dors, Magner, AMP, İmtel, Acorp, 1C Bitriks, 1C, Zyxel və Kaspersky kimi tanınmış istehsalçı şirkətlərin rəsmi tərəfi-müqabili olaraq biz məhsullarımızı dilerlərə bazarda olan orta qiymətdən aşağı qiymətə təklif edirik. Şirkətin qiymət siyasəti nəinki satışın həcmini, həm də dilerlərimizin fərdi xüsusiyyətlərini nəzərə alan qiymət qoymanın çevikliyindən ibarətdir. Müasir avadanlığa olan müntəzəm məxsus təkliflər bizimlə əməkdaşlığı xüsusilə cazibəli edir.

N-link şirkətinin dilerlərinin aşağıdakı üstünlükləri var:

1. Dilerlərin müxtəlif növ avadanlıqlara 5-15% güzəştləri var.
2. Dilerin birinci növbədə öz tələbatı üzrə lazımı məlumatı almağa ixtiyarı var.
3. Müəyyən mənada bizim şirkətin davamı olaraq dilerin N-link-in təklif etdiyi avadanlığın bütün spektrini öz müştərilərinə təklif etmək hüququ var.
4. Biz öz dilerlərimizə tam konsaltinq köməyini edirik.
5. N-link şirkətinin dilerlərinin vaxtı bəzi avadanlıqları satmağı uzun və yol əmtəə krediti kimi almaq imkanı olur.

N-link şirkətinin dilerinin əsas üstünlüyü ondan ibarətdir ki, əgər diler ilə sonuncu müştəri arasında seçim varsa, N-link həmişə dilerlə əməkdaşlıq edir. Yəni bizim şirkətin öz dilerləri ilə rəqabət aparılması və onun müştərisini toplayıb öz tərəfinə çəkməsi halları qətiyyən mümkün deyil. Biz, birinci növbədə onu fikirləşirik ki, dilerlərimiz ən çox mənfəət alsınlar, çünki bizim üçün ən vacib uzunmüddətli münasibətlərdir, buna görə də biz ən yüksək güzəştlər veririk.

Əgər bizim təkliflər sizi maraqlandırdısa, zəng edin, yazın və gəlin bizə.

Şirkətin dilerlərinə satışların nəticələrinə görə mükafatlar verilir.