Şirkət haqqında
Şirkətin missiyası
Biz, öz müştərilərimizin iş funksiyasının səmərəliliyinin və effektivliyinin artırılması məqsədi ilə qabaqcıl texnologiyaların fəal surətdə tətbiqi yolu ilə Azərbaycanda informasiya texnologiyalarının inkişafı üçün çalışırıq.
Şirkətin məqsədi
Bizim məqsədimiz, qabaqcıl informasiya texnologiyalarının optimal surətdə işlənib hazırlanması və tətbiqi məqsədi ilə müştəriləmizdən hər birinin sorğularına fərdi yanaşma yolu ilə müştərilərimizin istifadə olunmayan potensialının aşkara çıxarılmasından ibarətdir. Biz müştərilərimizlə tərəfdaşlıq əlaqələrinə uzunmüddətli və qarşılıqlı səmərə gətirəcək əməkdaşlıq kimi yanaşırıq.
Şirkət haqqında
N-LINK Şirkəti Azərbaycanda məlumat texnologiyaları bazarının pionerlərindən biridir - 1991-ci ildən etibarən fəaliyyət göstərən bu şirkət ən iri kompüter texnikası və şəbəkə avadanlıqları təchizatçılarından birinə çevrilmişdir.Bu gün N-LINK Şirkəti tam mütəşəkkil sistem inteqratorudur və o, işçi heyətindən ciddi təcrübə və yüksək ixtisaslaşma tələb edən iri informasiya layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi ilə məşğul olur.
N-LINK LG, APC, HP, Toshiba, Dr.WEB, KABA, Canon, Cisco, Acer, Defender, Linksys, Dors, Magner, AMP, Intel, ACORP, 1C-Bitrix, 1С, Zyxel və Kaspersky kimi dünya şöhrətli şirkətlərə uğurlu əməkdaşlığından qürur duyur.
N-LINK Şirkətində çalışan yüksək ixtisaslı mütəxəssislərdən və mühəndislərdən ibarət peşəkar heyət aramsız olaraq yeni texnoloji həllərin axtarılması və tətbiqi, öz müştərilərinin uğuru naminə avadanlıq təchizatçılarının hərtərəfli seçiminin həyata keçirilməsi ilə məşğul olur.
Biz müxtəlif informasiya texnologiyaları avadanlıqlarının, ofis texnikasının təchizatını, məsləhətləşmə və servis xidmətlərini, eləcə də texniki dəstək və informasiya texnologiyaları sahəsində digər xidmətləri həyata keçiririk. Biz daim yeni texnoloji həllər arayır və avadanlıq təchizatçılarının hərtərəfli seçimini həyata keçiririk.
Yeni istiqamətlərin inkişafı, bazarın müxtəlif sahələrində aparılan tədqiqatlar, aparıcı istehsalçılarla və təchizatçılarla vaxtında qurulan tərəfdaşlıq münasibətləri, əməkdaşların tədrisinə investisiya qoyuluşu sayəsində biz daim öz sifarişçilərimizə ən müasir və texnoloji cəhətdən mükəmməl həllər təklif etməyə hazırıq.
afen plaza